"Sığorta uşaqların gözü ilə" rəsm müsabiqəsində uğurla iştirak etmiş şagirdimiz
Məktəbin 4a sinif şagirdi Mirzəzadə Zəhra Azərbaycan Respublikasının Mərkəzi Bankının İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə həyata keçirdiyi "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi" layihəsi çərçivəsində Maliyyə savadlılığı ayında (noyabr) təşkil olunan "Sığorta uşaqların gözü ilə" rəsm müsabiqəsində uğurla iştirak etmiş, nəticə olaraq mükafatlandırılmışdır. Zəhranı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Xüsusilə, bildirmək istəyirik ki, məktəbin direktoru Gülnarə Cəfərova Zəhranı təbrik edərkən digər şagirdləri də bu tipli müsabiqələrdə iştirak etmək üçün həvəsləndirdi və onlara öz istedadlarını üzə çıxarmaq üçün əhəmiyyətli tövsiyələr verdi.