Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Soltanovanın rəhbərliyi ilə ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili üzrə Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş Fəaliyyət planına uyğun tədbirlər həyata keçirilir. Belə ki, Uşaq Birliyi Rəhbəri Şəfaqət Qələndərovanın da icraçılığı ilə koridorda sözügedən plan üzrə stend yaradılmış, stendin üzərində isə müxtəlif peşə sahələri üzrə fotoşəkillər və hər bir peşə üzrə məlumatların əks olunduğu məlumatların yer aldığı təqdimatlar yerləşdirilmişdir. Ümumi təhsil müəssisəsində peşəyönümü ilə bağlı təşkilati tədbirlərin görülməsi peşəyönümü koordinatorun müəyyən edilməsi, müxtəlif peşələr barədə məlumatların tədris prosesinə inteqrasiyası əsasında həyata keçirilir. Təhsilalanların hər hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsi, təhsilalanların fərdi və psixoloji xüsusiyyətlərinin,qabiliyyətlərinin ,eləcə də peşə istiqamətinin və sahibkarlıq marağının öyrənilməsi məqsədilə tədris müəssisəsində sorğular keçirilir və nəticələrə uyğun şagirdlərin yönləndirilməsi işi reallaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi