Buraxılış sinif şagirdlərinin valideynləri ilə iclas keçirilmişdir
Məktəbin fəaliyyət planına əsasən 9-cu sinif şagirdlərinin buraxılış fənləri üzrə bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri məktəbin direktoru Gülnarə Cəfərova tərəfindən valideyn iclasında təhlil olunmuşdur. Belə ki, pandemiya şəraitini nəzərə alaraq 9a və 9b sinif şagirdlərinin valideynlərilə 10.01.22 tarixində, 9c və 9d şagirdlərinin valideynləri ilə isə bu gün iclas təşkil olunmuşdur. Sinif rəhbərlərinin də iştirak etdiyi iclasda, əvvəlcə, direktor şagirdlərin ümümi nəticələrinin əks olunduğu cədvəl üzrə təhlillər apararaq müqayisələr etdi, daha sonra isə ümumi göstəricilərin maksimum səviyyəyə çatdırılması üçün qəbul edilmiş müvafiq qərarlar ilə bağlı tövsiyələr verildi.