7a sinif şagirdi Kazımova Şahsənəm tərəfindən hər kəsin marağına səbəb ola biləcək bir layihə

Qloballaşan dünyanın özünəməxsus üstünlükləri olduğu kimi çatışmayan xüsusiyyətləri də az deyildir. Təəssuf ki, bu çatışmazlıqlar insanların təbii ehtiyatlardan qənaətlə faydalanmaması nəticəsində ortaya çıxır. Bir vaxtlar Azərbaycanda makulaturanı müvafiq müəssisələrə yığıb təhvil vermək ənənəsi olsa da, hazırda bu tip təşəbbüslərə çox az rast gəlinir. Bu ənənənin dirçəldilməsi və daha geniş miqyasda təbliğ edilməsi məqsədilə məktəbin 7a sinif şagirdi Kazımova Şahsənəm tərəfindən hər kəsin marağına səbəb ola biləcək bir layihə həyata keçirilmişdir. Belə ki, şagirdimiz müəyyən qədər istifadə edilmiş kağızları toplayaraq müvafiq prinsiplərə uyğun şəkildə üzərində iş aparmış və nəticədə onlari yenidən istifadəyə yararlı hala gətirmişdir. Ümid edirik ki, Kazımova Şahsənəm tərəfindən atılan bu addım digər şagirdlərimiz üçün də nümunə xarakteri daşıyaraq yeni-yeni proyektlərin işlənilib ərsəyə gətirilməsi üçün zəmin rolunu oynayacaqdır. Qeyd edək ki, bu gün sözügedən layihə Kiçik akademiyanın iclasında da müzakirə edilərək təhlil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi