Əyləncəli formada təşkil olunmuş Azərbaycan dili dərsi

Məktəbin İbtidai sinif müəllimi Tərlalə Allahverdiyeva tərəfindən sinif rəhbəri olduğu 2c sinfində əyani vasitələrin köməyi ilə şagirdlərin də xüsusi marağına səbəb olan Azərbaycan dili dərsi təşkil olundu. Belə ki, müəllim tərəfindən "Sözlərin leksik mənasının öyrənilməsi" mövzusunun qavradılması məqsədilə "Söz loto", "Sözlərin cəmlənməsi"nin mənimsədilməsi üçün isə "İfadə boğçası" oyunu təşkil olundu. Qruplara bölünmüş şagirdlər də öz növbəsində uğurla iştirak edərək fəallıq göstərdilər. Qeyd edək ki, dərslərin əyani vasitələrlə öyrədilməsi şagirdlər üçün həm cəlbedici, həm də effektiv olması ilə seçilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi