"Təhsildə inkişaf və innovasiyalar üzrə" V qrant müsabiqəsi çərçivəsində maliyyələşən "İctimai fəal məktəb modelinin formalaşdırılması" layihəsi üzrə təlim
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə" V qrant müsabiqəsi çərçivəsində maliyyələşən "İctimai fəal məktəb modelinin formalaşdırılması" layihəsi üzrə təlimçi Dadaş Əhmədli tərəfindən 36 nömrəli məktəbin müəllimləri üçün 3 günlük təlim keçirilmişdir. Təlimin sonunda hər bir müəllim sertifikat ilə təltif edilmişdir. Ümid edirik ki, bu təlimin müsbət təsiri məktəbin planlaşdırdığı bir çox proyekt və məqsədlərin həyata keçirilməsinə müsbət təsir göstərəcək eyni zamanda ictimaiyyətin də cəlb edilməsi ilə uğurlu nəticələr əldə ediləcəkdir.