“Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Dekabrın 25-də Azərbaycan Texniki Universitetinin akt zalında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Bildirilib ki, “Qəhrəmanlıq salnaməsi” müsabiqəsi şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsidir. Müsabiqəyə təqdim olunan yazılarda təqdim olunan qürurverici qəhrəmanlıq nümunələri gələcək nəsillərə Vətən yolunda fədakarlığın parlaq örnəklərini yadigar qoyacaq. Müsabiqənin təşkilatçısı MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirdi ki: “Fond fəaliyyət göstərdiyi 16 ildən artıq müddət ərzində milli vətənpərvərlik ideyasını təbliğ edən çoxsaylı müsabiqələr təşkil edib. “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsi isə bunlar arasında xüsusi ilə fərqlənir. Bu vaxta qədər biz bu tədbirləri qələbəyə ümidi qorumaq yolunda keçirirdiksə, bu gün artıq qalib ökənin vətəndaşları kimi bu müsabiqəni təşkil edirik. Vətən yolunda şəhid düşmüş qəhrəmanlarımızı xatırlamaq nə qədər hüznlüdürsə, bir o qədər qürurvericidir. Çünki şəhid və qazilərimiz bizə parlaq bir zəfər əmanət qoydular. Biz bu qələbəni sarsılmaz Dövlət–Xalq–Ordu birliyi ilə qazanmışıq. Vətən müharibəsi bu birliyin nə qədər önəmli olduğunu bizə açıq şəkildə göstərdi”. Daha sonra tədbirdə çıxış edən millət vəkilləri və ziyalılar – Ceyhun Məmmədli, Sədaqət Qəhrəmanova, Qulu Məhərrəmli, Mübariz Süleymanlı və b. Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndirdilər. “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi isə İtaliyada təhsilini yarımçıq qoyub Vətən müharibəsinə qatılan, elə təqdim etdiyi essedə də ibrət və qəhrəmanlıq dolu döyüş yolunu anladan qazi Anar Yaşaroğlu oldu. A.Yaşaroğlu tədbir təşkilatçılarına minnətdarlığını bildirdi və obyektiv dəyərləndirməyə görə münsiflərə təşəkkür etdi. Müsabiqənin qalibi Vətən müharibəsinin onun həyata baxışını dəyişdirdiyini və müsabiqə haqqında hisslərini bölüşdü. Qeyd edək ki, ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 həvəsləndirici yerin qalibi mükafatlandırıldı. Həvəsləndirici yerlərdən birinə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva layiq görülmüşdür. Aytən müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi