Dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı məktəbdə silsilə tədbirlər həyata keçirilir

Tədris müəssisəmizin Fəaliyyət planına uyğun olaraq ümummilli lider, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı məktəbdə silsilə tədbirlər həyata keçirilir. Belə ki, direktor müavini Tamilla Soltanovanın rəhbərliyi ilə müstəqil Azərbaycanın rifahı yolunda müstəsna xidmətləri olmuş, özü dünyamızı tərk etsə də, adı bütün ölkənin qəlbində yaşayan xalqın müdrik oğlu Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil edilmiş, divar qəzetləri hazırlanmışdır. Qeyd edək ki, Tamilla Soltanova və 8a, 8b, 8c siniflərinin rəhbərləri: Aida Mahmudova, Səbinə Cəfərova, Səadət Məmmədovanın ərsəyə gətirdiyi, rəhbərlik və pedaqoji heyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə 8-ci sinif şagirdləri tərəfindən şeirlər səsləndirildi, kompozisiyalar nümayiş etdirildi sonda isə ümummillli liderimiz haqqında qısametrajlı sənədli videolentlər təqdim edildi. Eyni zamanda Fəaliyyət planına uyğun keçirilən təşkilat saatlarından biri olan Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın sinif rəhbəri olduğu 5b sinfində Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı slayd nümayiş olundu, daha sonra şagirdlər böyük şəxsiyyət haqqında maraqlı məlumatlarla zəngin təqdimatlar etdilər, şeirlər səsləndirdilər. Növbəti mərhələdə isə şagirdlərə Heydər Əliyevin müəllim ilə bağlı dediyi hikmətli fikirlərin tapılmasından ibarət söz oyunu təşkil edildi. Şagirdlər oyunda fəallıq göstərərək tapşırığı müvəffəqiyyətlə yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi