Beynəlxalq Genosid Qurbanlarının Anım Günü

Təqvimdə bu gün Beynəlxalq Genosid Qurbanlarının Anım Günü kimi yadda qalır. Tariximizə nəzər saldıqda bu arzuolunmaz təcavüzün, irqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsi hadisəsinin xalqımızdan da yan keçmədiyini görə bilirik. Məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 9d sinfinin şagirdləri ilə "Genosidə məruz qalmış xalqlar" mövzusu üzrə söhbət apardı. Belə ki, müəllim fəal təlimin inteqrativlik prinsipinə uyğun şəkildə əlaqələndirmə apararaq qəddar düşmənlərimiz tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı faciəsi və Mart soyqırımı haqqında da ətraflı məlumatlar verərək təhsilalanları maarifləndirdi. Nəticədə şagirdlər bu amansız siyasətin qurbanına çevrilmiş minlərlə dinc əhalinin necə dözülməz işgəncələrə məruz qaldığı faktları ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi