Kitabxanada dəyirmi masa təşkil olunmuşdur
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva tərəfindən 5b sinfinin şagirdləri ilə kitabxanada dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada şagirdlərin əvvəlcədən oxuduqları C. Məmmədquluzadənin "Saqqallı uşaq", "Qurbanəli bəy", "Poçt qutusu" C.Cabbarlının "Dilarə", "Mənsur və Sitarə"Ə.Məmmədxanlının "Buz Heykəl" əsərləri müzakirə olundu. Qeyd edək ki, uşaqlara müəllim tərəfindən mütaliə etdikləri konkret əsərlərlə bağlı təəssüratlarını bölüşmələri üçün xüsusi kağızlar paylanıldı. Nəticədə onlar öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Bu tip fəaliyyətlər şagirdlərin mütaliə bacarığını inkişaf etdirməklə yanaşı onlarda rəvan nitqin formalaşdırılmasında da vacib rol oynayır.