“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür
20 sentyabr 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.Bütün dünyanı riqqətə gətirən bu mqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco, Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak etdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaatdılar – İdarə Komitəsi, Azərbaycan Beynəlxaql Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.“Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.