Laçının işğaldan azad olunmasından 1 il ötür
Bu gün ölkəmiz üçün mühüm strateji əhəmiyyəti olan , təbii sərvətləri, ecazkar təbiəti, büllur bulaqları, xüsusilə, əlverişli coğrafi mövqeyi ilə seçilən Laçın rayonunun Ali Baş Komandanımız Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qəsbkar düşmənin tapdağından azad edilməsindən 1 il ötür. Bu əhəmiyyətli tarixlə bağlı şagirdlərin məlumatlandırılması və tarixi hadisənin daim yaddaşlarında qalması üçün tarix fənnini tədris edən Aytən Səlimova tərəfindən "Laçının azadlığı" mövzusunda sinif rəhbəri olduğu 9b sinfində təşkilat saatı keçirilmişdir. Əvvəlcədən mövzuya uyğun informasiyalar toplamış şagirdlər təşkilat saatında fəal iştirak edərək Laçının tarixi, inkişafı və müasir təsvirini səciyyələndirən faktlarla zəngin təqdimatlar etdilər.