Zəfər tarixi fənni böyük qürur hissi ilə tədris olunur

Müvafiq qərara əsasən bu il təhsil müəssisələrində tədris olunan fənlər sırasına "Zəfər tarixi" fənni də daxil edilmişdir. Milli qürur mənbəyimiz olan bu şanlı tarixin hər bir səhifəsini şagirdlərə öyrətmək, sənədli videomateriallar vasitəsilə onları vacib olan tarixi faktlarla tanış etmək tarix müəllimləri tərəfindən böyük fəxr hissi ilə həyata keçirilir. Məktəbin tarix müəllimi -9b sinfində bu fənni tədris edən Aytən Səlimova "Qarabağ general-qubernatorluğu" mövzusunu o dövrü əks etdirən videolentlərin izlədilməsi və sözügedən tarixi dövrü səciyyələndirən izahlarıyla şagirdlərdə konkret təsəvvürlər yaratmağa müvəffəq oldu. Eyni zamanda müəllim izahlar verərkən fəal təlimin inteqrativliyi prinsipini əldə rəhbər tutaraq bu mövzunu müasir dövrümüzdə cərəyan etmiş Vətən müharibəsi ilə əlaqələndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi