Şagirdlərdə mütaliə bacarığının formalaşdırılması
Məktəbin Fəaliyyət planına əsasən, tədris müəssisəsində "Oxumaq bir əyləncədir" devizi altında mütaliə aylığına start verilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın təşkilatçılığı ilə ədəbiyyat fənnini tədris etdiyi 5b və 6c sinfinin şagirdləri Padlet platforması üzərindən C.Məmmədquluzadənin "Buz", C.Cabbarlının "Dilarə" S.S.Axundovun "Qaraca qıız" M.Servantesin "Don Kixot", Ə.Səmədovanın "Əsli və Zümrüdün sehrli xalçası", O.Adıgözəlin "Əngəlsiz arzular" əsərləri mütaliə edilmişdir. Belə ki, bu əsərlərin mütaliəsi onların həm oxu bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır, həm də mütaliə zövqünün formalaşdırılmasına, oxuduğu əsəri təhliletmə və nəticəçıxarma bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Qeyd edək ki, Şagirdlər Aytən müəllim tərəfindən hazırlanmış veb 2 aləti olan Padlet üzərindən oxuduqları əsərlərin təhlilini aparmış, müzakirələrə qoşulmuşdurlar. Daha sonra onlar digər veb 2 aləti olan Kahoot üzərindən maraqlı və həyəcanverici yarışlara qoşularaq müvəffəqiyyətli nəticələr əldə etmişdirlər. Bu fəaliyyətlər zamanı praktiki bacarıqların tətbiqinin həyata keçirilməsi hər bir şagirddə mütaliə üçün böyük həvəs yaratmışdır.