Kəlbəcərin azadlığa qovuşmasından 1 il ötür
Bənzərsiz coğrafi relyefi saysız-hesabsız faydalı qazıntıları, xüsusilə, qızıl ehtiyatı ilə zəngin olan Vətənin dilbər guşəsi Kəlbəcər rayonunun qəsbkar düşmənin işğalından azad olunmasından 1 il ötür. Təqvimin bu günü Ali Baş Komandanın düzgün, tədbirli, uzaqgörən siyasəti nəticəsində Kəlbəcər rayonu üçtərəfli bəyanata əsasən azadlığa qovuşmuş, tarixi ədalət bərpa olunmuşdur. Ölkəmiz üçün əhəmiyyəti böyük olan bu gün ilə bağlı 6b sinfində informatika müəllimi İranə Qarayeva tərəfindən "Kəlbəcərin dünəni və bu günü" mövzusu ətrafında məlumat verildi, Kəlbəcərin Vətən müharibəsindən sonra lentə alınmış videogörüntüləri şagirdlərə izlədildi. Füsunkar mənzərəsi ilə göz oxşayan doğma rayonumuzun əsrarəngiz təbiəti bütün şagirdləri valeh etdi. Kadrları izləyərkən onlar bir daha əmin oldular ki, uğrunda neçə-neçə canlar fəda edilmiş bu yurdun hər bir guşəsi dəyəri ölçülməyən bir xəzinədən də qiymətlidir.