Tarixin bu günü Alış-verişdən İmtina Günü kimi qeyd olunur
Tarixin bu günü Alış-verişdən İmtina Günü kimi qeyd olunur. Bu tarixi günün əhəmiyyətini şagirdlərə ən yaxşı formada aşılamaq üçün Təhsil Nazirliyi və "Məktəblinin dostu" layihəsinin birgə təşkil etdiyi "Oyuncağını bağışla" proyekti çərçivəsində "Biri mənə bəsdir" şüarı ilə şagirdlərimizin oyuncaqlarını bağışlaması üçün şərait yaratdıq. Belə ki, hər bir şagirdin bağışladığı hədiyyələr toplu şəkildə ucqar kənd və rayonlarda olan məktəblilərə göndəriləcəkdir. Əminik ki, bu layihənin maarifləndirici təsiri şagirdlərin gələcək həyat və fəaliyyətlərində də çox böyük rol oynayacaq.