"Smartfonların tarixi" mövzusunda təşkilat saatı keçirilmişdir

Tarixin bu günündə 1992-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən sərgidə dünyanın ilk smartfonu təqdim olunmuşdur. Dünyamızı əsaslı şəkildə dəyişən bu hadisənin müasir həyatımızda rolu əvəzsizdir. Bu əhəmiyyətli əlamətdar gün ilə bağlı məktəbin fizika müəllimi Ziyafət bayramova tərəfindən "Smartfonların tarixi" mövzusunda təşkilat saatı keçirilmişdir. Müəllim mövzu üzrə izahlar verən zaman şagirdlərə Qeyri-səlis məntiqin banisi Lütfi Zadə fenomenini qürurla təqdim etdi. Şagirdlər müəllimi dinləyərkən həmyerlimiz olan bu dahi alimin uşaqlıq dövrünü Bakıda yaşaması, təhsil alması və Bakıdan İrana köçərkən şəxsi kitabxanasında 2000 kitabının olması faktını böyük təəccüb hissi ilə qarşıladılar. Daha sonra onlar verilən tapşırığa uyğun olaraq internet üzərindən araşdırdıqları informasiyaları təqdimat formasında səsləndirdilər. Sonda kommunikasiya vasitəsi kimi gündəlik həyatda hər kəsin köməyinə çatan bu lazımlı cihazın yaranma və inkişafetmə yolundan bəhs edən videolent nümayiş etdirildi. Nəticədə şagirdlər saysız-hesabsız funksiyaları ilə istər adi həyatda, istərsə də təhsildə onlar üçün lazım ola biləcək informasiyaları əlçatan edən smartfonların tarixi haqqında ətraflı şəkildə maarifləndirilmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi