Tarixin bu günü
Azərbaycan Milli Şurasının təqvimin bu günündə 1918-ci il -noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli bir sıra dövlət əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Azərbaycan tarixinin bu əlamətdar hadisəsinin əsas mahiyyətini şagirdlərə mənimsətmək üçün tarix müəllimi Səbinə Cəfərova tərəfindən 9c sinfində şagirdlərə bu mövzuda ətraflı məlumatlar verilmiş,sənədli materialların yer aldığı qısametrajlı videolent izlədilmişdir.