Əyani vasitələrlə təsviri incəsənət dərsi
8c sinfində Təsviri incəsənət fənni bu gün rəssam və müəllim Fidan Əlizadənin fərdi metodları əsasında keçilərək şagirdlərin xüsusi marağına səbəb olmuşdur. Belə ki, müəllim ,əvvəlcə,"Ejen Delekrua. Rəng kontrastının dahi sənətkarı" mövzusu üzrə nəzəri məlumatlar verdi, daha sonra isə əyani vasitələrin köməyi ilə şagirdlərlə müzakirələr apardı. Dərs gedişatında şagirdlər qruplara bölünərək müəllimin çəkdiyi rəsm üzərində təhlillər apardılar. Nəticədə hər bir şagirddə elmi biliklər aşılanmaqla yanaşı, praktiki bacarıqların inkişafı üçün də zəmin yaradıldı.