"Add Value to Yourself" layihəsinə start verilmişdir
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın eTwinning plus- da icrasına başladığı "Add Value to Yourself" layihəsinə start verilmişdir. Layihə həm ingilis, həm də türk dilində fəaliyyət göstərəcəkdir. Azərbaycan, Türkiyə, Ukrayna Gürcüstan, İtaliya, Litva, Ruminiyadan olan məktəblərin də qoşulduğu layihədə əsas məqsəd şagirdlərin məktəb mühitindəki fəaliyyətini daha maraqlı etmək, onların sosiallaşması, bir-biri ilə əməkdaşlığın qurulması və veb 2 alətlərindən istifadə etmək bacarığının inkişaf etdirilməsinə nail olmaqdır. Qeyd edək ki, şagirdlər layihəyə yüksək motivasiya ilə qoşulmuş, veb 2 alətlərində hazırladıqları işləri artıq təqdim etməyə başlamışdırlar.