Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Məktəbin tarix müəllimi Aytən Səlimova 9a sinfində olan dərsini bu əlamətdar günə həsr etdi. Konstitusiya Gününün Azərbaycan tarixində olan mühüm əhəmiyyəti müəllim-şagird dialoqu əsasında müzakirə olundu, nəticədə şagirdlər tarixi hadisənin mahiyyətini əsaslı faktlar ilə daha da dərindən dərk etdilər.