Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Fətəliyeva tərəfindən sinif rəhbəri olduğu 7a sinfinin şagirdləri ilə kitabxanada dəyirmi masa təşkil olundu. Dəyirmi masada "44 gün Qarabağda" adlı uşaqlar üçün hekayələrdən ibarət kitab müzakirə oıundu. Vətən müharibəsinin gerçəklərinin təsvir olunduğu bu kitab şagirdlərin marağına səbəb olmaqla yanaşı, mütaliə nəticəsində onlar həmçinin kifayət qədər yeni, dəyərli məlumatlar da əldə etdilər.