Zəfər Gününə həsr olunmuş tədbir

44 günlük müharibə millətimizin 30 ildir həsrət qaldığı ruhlardakı inqilabı, müdhiş müharibə əzmi və yeni tarixindəki birliyini nümunə göstərəcək Zəfər dastanıdır. Bu yeni tarixdə millətin nəyə qadir olduğunu nümayiş etdirərək gələcəyə ərməğan edən bir nəsil yetişdi. Önlərində hörmət və ehtiramla baş əyəcəyimiz bir nəsil. Onları göz bəbəyi kimi qoruyub yetişdirən, Vətən üçün qurban edən valideynlərin də bir qəhrəman olduğunu unutmayaq. Bu fəxarət dolu gün münasibətilə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Tamilla Soltanova Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva tərəfindən Tədbirlər planına əsasən Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Məktəb rəhbərliyi, məktəbin adını daşıdığı şəhid Novruzov qardaşlarının anası Lətifə ana, Vətən müharibəsi qazisi Elbrus Quluzadə və şagirdlərin iştirak etdiyi tədbirdə şagirdlər tərəfindən tarixi qəhrəmanlarımızın, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanımız İlham Əliyevin bədii obrazı canlandırıldı. Doğma yurdumuzun qürurlu tarixinin fərəh dolu səhnələri təqdim olunarkən bütün tədbir iştirakçıları təsvir edilməsi mümkünsüz olan əsrarəngiz qürur hissi keçirdilər. Sonda isə Aytən Bağıyevanın təşkilatçılığı ilə "Zəfər ruhlu müharibə" başlığı altında Veb 2 aləti olan Padlet vasitəsilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi