Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın uğurlu layihəsi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın eTwinning plus layihəsi nəzdində Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində yaradılan "Ortaq təhsil layihələri yaradılması" vebinarının iştirakçısı olaraq qurucusu olduğu "Qarabağdan Ədirnəyə könül körpüsü" və "Qəhrəmanlıq salnaməsi memarları" layihələri Avropa Keyfiyyət Nişanına layiq görülmüşdür. Layihə həyata keçirilərkən Türkiyə və Azərbaycan müəllimləri arasında sıx əməkdaşlıq qurulmuş, şagirdlərə Qarabağın və Ədirnənin milli-mədəni irsi, tarixi, mədəni dəyərləri, tarixi abidələri haqqında dolğun məlumatlar verilmişdir. Layihə müddətində yaradılan sosial şəbəkələr vasitəsilə Qarabağ və Ədirnə haqqında şagirdlərin veb 2 alətlərinin köməyilə hazırladıqları təqdimatlar işıqlandırılmışdır. Bundan əlavə layihə davam edərkən Türkiyə və Azərbaycan müəllimlərinin ortaq şəkildə təsis etdiyi "Könül körpüsü" qəzetinin 4 nömrəsi dərc olunmuşdur. Qeyd edək ki, ortaq əməkdaşlıq zamanı təşkil olunmuş görüşlər hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə yadda qalmışdır. Aytən müəlliməni ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi