"Xatırlayırıq! Fəxr edirik! Təşəkkür edirik! " "layihəsinə start verilmişdir

44 günlük müharibə Azərbaycan xalqının tarixinə qüruru hüznlə, təbəssümü göz yaşı ilə, vüsalı can yanğısı ilə, şəhidinə oxunan Quran səsini atasız doğulan körpələrin “inqə” səsi ilə qoşa yazdı.Zəfər ilinin insanları olaraq bu şərəfli tarixi yaşatmaq, unutdurmamaq hər birimizin mənəvi borcudur. Keçən tədris ilində şagirdlərin Vətən müharibəsinə həsr edilmiş rəsm əsərləri bu il təhsil müəssisələrində sinif otaqlarının qapısı üzərində və jurnalların üz qapağında yer almış, kiçikdən-böyüyə hər kəsin böyük maraq obyektinə çevrilmiş və qürur hissi ilə təqdir edilmişdir. Bu il də ənənəyə sadiq qalmaq məqsədilə məktəbin Fəaliyyət planına əsasən direktor Gülnarə Cəfərovanın təşəbbüsü ilə Zəfər ili çərçivəsində "Xatırlayırıq! Fəxr edirik! Təşəkkür edirik! " "layihəsinə start verilmişdir. Bu məqsədlə bu gün ibtidai sinif şagirdləri ilə görüşlərdə layihənin məqsədi ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Eyni zamanda onlara bildirildi ki, layihənin qalibləri mükafatlandırılacaq, əl işləri gələn tədris ilində eyni ilə builki kimi sinif otaqlarının və jurnalların üzərində öz yerini alacaqdır. Layihənin əsas məqsədi Vətən müharibəsinin ölkəmizə qazandırdığı uğurların təbliği olmaqla yanaşı şagirdlərdə kreativ ideya və bacarıqların formalaşdırılması, yaradıcı təfəkkürün inkişaf etdirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi