"Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu və vacibliyi" mövzusunda psixoloji seminar
Psixoloq Ofelya Qasımova tərəfindən "Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu və vacibliyi" mövzusunda rəhbərliyin iştirakı ilə ibtidai sinif müəllimləri üçün maarifləndirici seminar keçirildi. Seminarda müəllim-şagird münasibətlərinin ,öyrənmə və tədris fəaliyyəti motivasiyasının formalaşdırılması, məktəb konfliktlərinin konstruktiv şəkildə həll olunmasına dair tövsiyə xarakterli məlumatlar ötürüldü.