Cəbrayılın azad olunmasından 1 il ötür
Doğma Cəbrayılın işğaldan azad olunmasından 1 il ötür. Bu şərəfli gün yaddaşımıza elə həkk olunub, dünyaya elə bir səs salıbdır ki, daha 100 il sonra da bu şanlı günlər dünya miqyasında müzakirə olunacaq və müstəqil respublikamızı zirvədən-zirvəyə qaldıracaqdır. Bu əlamətdar gün münasibətlə məktəbin 5c sinfinin tarix müəllimi Səbinə Cəfərova və UBR Şəfaqət Qələndərova tərəfindən kitabxanada "Cəbrayılın azadlığı uğrunda aparılan mübarizə" mövzusunda dəyirmi masa təşkil olundu.