İlk dərslər Anım Gününə həsr olundu
1 il bundan əvvəl doğma Azərbaycanın igid oğulları Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Vətənin müdafiəsi uğrunda döyüş meydanına atılaraq canları bahasına torpaqlarımızı qəsbkar düşmənin tapdağından azad etmək üçün misilsiz qəhrəmanlıq göstərdilər. Bir an belə geri addım atmayan mərd oğullarımız xalqımızın bu gün firavan həyat yaşaya bilməsi üçün sinələrini ana yurda sipər etdilər. Əsl vətənpərvərlik nümayiş etdirən Oruclar, Xudayarlar, Cəbrayıllar və neçə-neçə Vətən oğulları təkcə Azərbaycanın deyil, bütün dünyanın dilinə dastan oldular. Cahanı döyüş əzminə heyran qoyan şanlı ordunun fədakar əsgərləri heç vaxt unudulmayacaq, unutdurulmayacaqdır. Bu tarixi günün əhəmiyyətini gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu məqsədlə ibtidai siniflərdə ilk dərs Anım Gününə həsr olundu. Məktəbdə olan bütün müəllimlər foyedə toplanaraq möhtərəm prezident cənab İlham Əliyevin xalqa muraciətini dinlədi və şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükut ilə yad etdilər. Məktəbin hərbi rəhbəri Rəfail Quliyev də öz növbəsində şagirdlərdən ibarət heyət ilə Şəhidlər xiyabanını ziyarət etdi. Allahdan Vətənin azadlığı yolunda şəhidlik zirvəsinə ucalan əsgərlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik.