1-ci sinif şagirdləri ilə psixoloji görüş
Məktəbin psixoloqu Ofelya Qasımova 1a sinif şagirdləri ilə psixoloji görüş keçirdi. Təhsil ocağına ilk addımlarını atan balacaların məktəb mühitinə adaptasiyasını yoxlamaq məqsədilə bir sıra oyunlar təşkil edildi. Qeyd edək ki, uşaqlarda 6-7 yaş dövrü böhran mərhələsi hesab olunur. Onlar oyun fəaliyyət növündən təlim fəaliyyət növünə keçid etdikləri üçün yeni mühitə alışmaları bir qədər çətin olur. Bu zaman diliminin onlar üçün son dərəcə uğurlu olmasını təmin etmək üçün məhz bu üsuldan istifadə olundu. Eyni zamanda onların əqli inkişafını da tədqiq etmək üçün Qudinaf Harrisin "Adam şəkli" metodikası tətbiq olundu.