İlk dərs günü
Uzun həsrətdən sonra şagirdlər doğma məktəbə qovuşdular. Məktəbin həyətində təşkil olunmuş vətənpərvərlik ruhunda hazırlanan kompozisiyalardan ibarət qarşılanma tədbirində məktəb rəhbərliyi, pedaqoji heyət, məktəbin adını daşıdığı ölməz şəhidlərimiz Novruzov qardaşlarının anası Lətifə ana və Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış məzunumuz Mahir Mirzəyevin atası Sabir ata da iştirak edirdi. Bu tədris ili digərlərindən zəfər ruhlu, qələbə sevincli, xarıbülbül qoxulu, sonsuz qürurla dolu olması ilə seçildi. Xüsusilə, 1-ci siniflərin üzlərindəki saf təbəssümdən doğan, nəhayətsiz iftixar hissi kökslərindəki hüdudsuz məmnunluq duyğusundan xəbər verirdi. Hər bir təhsilalanı yeni tədris ili münasibətilə ürəkdən təbrik edir, Vətənə, yurda, xalqa layiqli övlad olmağı arzu edirik.