Dəyirmi masa
Bu gün məktəbimizin metodbirləşmə sədrləri dəyirmi masada Azərbaycan Respublikası Təhsil Nazirliyindən daxil olmuş "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"i müzakirə müzakirə etdilər. Müzakirədə məktəbin direktoru Gülnarə Cəfərova, Əməkdar müəllim Solmaz Hüseynova və kafedra müdirləri iştirak edirdilər. Pandemiya səbəbindən ötən tədris ilində yaranmış öyrətmə, öyrənmə və qiymətləndirmə problemlərini nəzərə alaraq yeni tədris ilində şagird nailiyyətinin qiymətləndirilməsi daha həssas olmağı və yeni yanaşmalar tələb edir. Diaqnostik, formativ və summativ qiymətləndirmələrin məqsəd və aparılma metodları, portfolioların, müəllimlərin formativ jurnallarının tərtibi müzakirə olundu. Şagird gündəliklərinin yazılışı mövzusu ciddi təhlil olundu.