"Yay məktəbi"- Breyn-rinq və psixoloji tapşırıqlar
Yay məktəbi tədrisdə bilik və bacarıqların yüksəldilməsi yolunda müstəsna rol oynamağa davam edir. Bu gün şagirdlərin intellektual səviyyəsi və dünyagörüşünün daha da artırılması üçün Breyn-rinq təşkil olundu. Nəticədə qruplara bölünmüş şagirdlər fikir mübadiləsi aparmaqla məntiqi təfəkkürə yönəlmiş sualları cavablandıraraq öz biliklərini inteqrasiya olunmuş şəkildə ifadə etməyə müvəffəq oldular. Növbəti mərhələdə Fiziki tərbiyə dərsi öyrənilmiş nəzəri biliklərin bacarıqlara çevrilməsi istiqamətində təşkil olundu. Son olaraq şagirdlərin emosional gərginlikdən azad olunması məqsədilə məktəbin Psixoloqu Ofelya Qasımova tərəfindən bir sıra tapşırıqlar həyata keçirildi. Belə ki, "Şifahi avtoportret", "Kollektiv rəsmçəkmə" çalışmalarının yerinə yetirilməsi şagirdlərdə təxəyyülün inkişafı üçün əhəmiyyətli bir addım oldu. Kiçik motorika ilə emosional sabitliyinin qorunmasına yönəlmiş tapşırıq isə uşaqların əhvali-ruhiyyəsinin yüksəldilməsinə səbəb oldu.