Valideynlərlə psixoloji görüş
Məktəbin psixoloqu Ofelya Qasımova tərəfindən valideynlərlə birlikdə virtual şəkildə psixoloji görüş təşkil edildi. Görüşün əsas məqsədi valideynlərə yeniyetməlik yaş dövründə olan övladlarına düzgün yanaşma prinsiplərinin aşılanması yolunda faydalı tövsiyələrin verilməsi idi. Ruhi böhran vəziyyətində olan yeniyetməyə ciddi təsdiqedici təlimatların verilməsi, onların taleyi haqqında narahatlığın bəyan edilməsi, emosional cəhətdən dayaq olunması yollarından, yeniyetməlik böhranının kəskin ötməsinə səbəb ola biləcək risk faktorlardan və risk qrupuna daxil ola biləcək yeniyetmələrə düzgün yanaşma üsullarından söhbət açıldı. Xüsusilə, həmin keçid dövründə olan şagirdlərin həssas dönəmlərində nələrə diqqət edilməyindən bəhs edilərkən gələcəkdə verəcəkləri əhəmiyyətli qərarların hansı dərəcədə doğru olduğunu sərbəst formada anlaya bilmələri üçün həm maddi, həm də mənəvi cəhətdən sağlam mühitin şərt olduğu əsaslı şəkildə vurğulandı. Valideynlər də öz növbəsində mövzu üzrə səciyyəvi olan suallarını ünvanladılar.