"Təhsil kouçları" adlı qrant layihəsi çərçivəsində psixoloji görüş
19 fevral 2021-ci il tarixində professional kouçinqlə məşğul olan Vefa Kahraman ile birlikdə 30 nömrəli məktəbin Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Tehsil kouçları" adlı qrant layihəsi çərçivəsində 36 nömrəli məktəbin 8-9 cu sinif şagirdlərinin bir qismi ilə görüş baş tutdu. Kouçluq anlayışının şagirdlərə ətraflı izah olunmasını təmin etmək üçün nümunə olaraq 1 şagird seçildi və onunla bu istiqamətdə söhbətlər aparıldı. Görüş şagirdlərin məqsədlərinin təyin olunması və hədəflərinə doğru getməsi yolunda tövsiyələr verilərək şəxsi inkişafın formalaşması üçün münbit zəmin rolunu oynadı. Nəticə olaraq deyə bilərik ki, yeniyetməlik yaş perioduna qədəm qoyan şagirdlərin gələcək fəaliyyətləri üçün bu görüş kifayət qədər effektiv, eyni zamanda da əhəmiyyətli səciyyəyə malik idi. Onu da qeyd edirik ki, məktəbin psixoloqu Ofelya Qasımova TAİM tərəfindən təşkil olunmuş "Təhsil kouçlarının hazırlanması" təlimində də paralel olaraq uğurla iştirak etmiş və sertifikatla təltif olunmuşdur. Onu səmimi qəlbdən təbrik edir,gələcək fəaliyyətində müvəfəqiyyətlər arzu edirik.