"Qarabağdan Ədirnəyə könül körpüsu" layihəsi çərçivəsində həyata keçirilən "Könül körpüsü" qəzetimizin ilk buraxılışı

 "Qarabağdan Ədirnəyə könül körpüsu" layihəsi çərçivəsində həyata keçirdiyimiz "Könül körpüsü" qəzetimizin ilk buraxılışı artıq hazırdır. Qəzetin redaktorluğu Azərbaycandan layihənin rəhbəri- Aytən Bağıyevaya, Türkiyədən isə Mustafa Şimşəkə aiddir. Ortaq türk dünyasında birlik fikrinin ətrafında birləşərək dahi İsmayıl bəy Qaspıralının da dediyi kimi "Dildə, fikirdə, işdə birlik!" şüarını öncül tutaraq yeni yetişən nəsillərin bir-birini daha yaxşı tanıması və anlaması əsas məqsədimiz və məramımızdır. İki qardaş ölkə arasındakı, mədəni ortaqlıqların gözlər önünə sərilməsi, iki ölkədə yetişəcək olan gənc nəsillərin bir-birinə olan sevgi və bağlılığının daha da möhkəmləndirilməsi, danışılan dillər, ləhcələr arasındakı fərqin öyrənilməsini əsas tutaraq qəzetimizin ilk nömrəsini hazırladıq. Qəzetimizdə Qarabağ başda olmaqla Azərbaycan və Türkiyə ilə bağlı xəbərlər, ortaq ədəbi mədəniyyətimizə aid lətifələr, şərqilər, hekayələr, nağıllar, tarixi və turizm yerlərinin tanıdılması, elmi məqalələr, tarixdə önəmli şəxsiyyətlər haqqında yazılar olacaqdır. Qəzetin ilk olaraq elektron versiyasını daha sonra isə çap şəklində çıxarmağı planlaşdırırıq. Davamında digər türk ölkələrindən olan həmkarlarımızla da əməkdaşlıq edərək türklərin səsi olacaq bir işin ərsəyə gəlməsi gözləntilərimiz sırasındadır. Qəzetin hazırlanmasında qurucu yazarlar olaraq çalışan müəllimlər Azərbaycandan Mətanət Kərimova, Xədicə Babayeva, Fidan Əliyeva Ayti Kazımlı , Türkiyədən isə Serap Seçkin, Halidə Çələbi, Dəniz Tekiner Tozduman, Serkan Güvən, Yildıray Kıltandır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi