eTwinning-"Qarabağdan Ədirnəyə Könül körpüsü" layihəsi
"Qarabağdan Ədirnəyə Könül körpüsü" layihəsi çərçivəsində bu gün Azərbaycan-Türkiyə məktəbləri ilə birgə çox maraqlı Novruz tədbiri keçirildi. Tədbirin əvvəlində məktəbin direktoru- Emilya Səfərəliyeva öz çıxışında bu il doğma Qarabağa qayıtmağımızın, qələbə ruhunun xalqımızda yaratdığı sonsuz qürur hissindən bəhs edərkən qeyd etdi ki, çərşənbə axşamında Cıdır düzündə şanlı ordumuzun mərd oğulları tərəfindən alovlandırılan o tonqal bütün Azərbaycanı işıqlandıraraq hər birimizə hüdudsuz bir xoşbəxtlik bəxş etdi . Daha sonra xalq adətlərimiz, mərasimlərimiz təqdim olundu. Şagirdlərimiz Türkiyədən olan həmkarlarımıza Novruza aid papaq atılması, yumurta döyüşu,tonqal yandırılması kosa-keçəl oyunu və digər adətlərimizi təqdim etdilər. Gorüşün sonunda tədbirə dəvət edilən xalq aşığı ve canlı musiqi ile de gözel Azərbaycan musiqiləri təqdim olundu.