"Xocalı soyqırımı"

"Xocalı soyqırımı"nın 29-cu ildönümü ilə bağlı ilk dərslər qan yaddaşımızın yad edilməsinə həsr olundu. Cari həftə ərzində təşkilat saatları "Xocalı faciəsi" mövzusunda keçirildi. Paralel olaraq, Teams platforması üzərindən müvafiq siniflərdə soyqırım gerçəklərinin yer aldığı qısametrajlı sənədli filmlərlərin də göstərildiyi onlayn tədbir təşkil olundu. Tədbir əsnasında şagirdlər də öz növbəsində təqdimatlar edərək, Xocalı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad etdilər. Məktəbdə isə soyqırıma həsr olunmuş divar qəzetləri hazırlandı. Eyni zamanda tarixi faciənin dəhşətlərinin əks olunduğu rəsm sərgisi də təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi