eTwinning

"eTwinning" layihəsinin dəstəyi ilə Türkiyə əməkdaşlığı çərçivəsində "Ortaq təhsil layihələrinin yaradılması" vebinarında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağıyeva Aytən "Qarabağdan Ədirnəyə könül körpüsu" layihəsi ilə qatılmışdır.

Layihənin məqsədi öz zənginliyi və unikallığı ilə fərqlənən Qarabağ və Ədirnənin mədəni və tarixi irsinin ,milli-mənəvi dəyərlərinin, mədəniyyətinin ümumən milli ideologiyasının yetişən gələcək nəslə tanıdılmasıdır. Onların mənəvi dəyərlərini qoruyan, vətəninin tarixinə, keçmişinə yaxşı bələd olan vətənpərvər nəsil olaraq yetişməsinə nail olmaqdır.

20 fevral tarixində layihənin hər iki ölkədən bir çox iştirakçının və mötəbər qonaqların qatıldığı tanıdıcı görüşü keçirildi. Qonaqlar arasında

Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Fazil Mustafa, Edirne il Milli Eğitim müdurü Dr. Önder Arpacı, Çorum il Milli Egitim müdürü Yakup Sarı, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı, Edirne İl Kültür və Turizm Müdürü, Azərbaycan Respublikası Təhsil Nazirliyi İnformasiya şöbəsinin əməkdaşı, "Azərbaycan Müəllimi" qəzetinin şöbə redaktoru Gülnarə İlham və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi eTwinning Azərbaycan kordinatorunun köməkçisi Natavan Bədəlova da var idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi