Valideynlərlə psixoprofilaktik görüş
Məktəbin psixoloqu- Ofelya Qasımova tərəfindən bütün ibtidai siniflərdə Teams platforması üzərindən valideynlərlə psixoprofilaktik görüş keçirildi. Görüşdə uşaq psixikasının həssaslığı nəzərə alınaraq valideynlərlə pandemiyanın şagirdlərə göstərdiyi müvafiq təsirin təhlil olunması və psixoloji dəstəyin göstərilməsi istiqamətində problemli məsələlərə toxunuldu. Pandemiyanın azyaşlılara göstərdiyi əks təsirlər ilə bağlı çıxış yollarından bəhs olunmaqla yanaşı hər bir şagirdin psixoloji vəziyyəti valideynlərlə paralel ünsiyyət əsasında müəyyənləşdirilərək situasiyaya uyğun dəyərli məsləhətlər verildi. Qeyd edək ki, bu görüşlər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq hissə-hissə keçirildi. Eyni zamanda valideynlər də bu mövzuda yaranan çətinliklərlə bağlı qayğılarını bölüşərək tövsiyə xarakterli məlumatlar əldə etdilər.