Psixoloji dəstək vebinarı
Teams platforması üzərindən məktəbin psixoloqu Ofelya Qasımova tərəfindən müəllimlər üçün təşkil olunmuş maraqlı psixoloji vebinarımız baş tutdu. Pedaqoji kollektivin hal-hazırki pandemiya şəraitində həyata keçirilən gərgin iş fəaliyyətini nəzərə alaraq mövzu olaraq "Müəllimlərin emosional yanma sindromunun profilaktikası" üzrə psixoloji maariflənmə ilə bərabər, həmçinin emosional gərginlikdən azad olmaq üçün bir sıra psixoloji çalışmalar da birgə həyata keçirildi. Burada əsas məqsəd müəllimlərə dəstək olmaq və onların fəaliyyətləri ilə bağlı motivasiyanın artırılması idi. Bu mövzuda vebinarların qarşıdakı həftələrdə də həyata keçirilməsi planlaşdırılır.