eTwinning

Azərbaycan 2013- cü ildən etibarən Beynəlxalq eTwinning layihəsinə qoşulmuşdur. Bu layihədə 45-dən çox Avropa ölkəsi iştirak edir. eTwinnig-də fəaliyyət göstərən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi -Aytən Bağıyeva "Qarabağdan Ədirnəyə könül körpüsü" adlı layihə hazırlamışdır. Layihə Türkiyə tərəfdən böyük rəğbətlə qarşılanmış, artıq ondan çox Turkiyədən olan həmkar və Azərbaycandan olan müəllimlər bu layihəyə sevə-sevə, böyük həvəslə qoşulmuşdurlar. Türkiyədən olan həmkarlar Qarabağla bağlı araşdırma aparan zaman internet saytlarında qarşılarına yalnız müharibə ilə bağlı şəkillərin çıxdığını bildirdilər. Elə bu məqsədlə də artıq layihənin Blog, Youtube, Facebook İnstagram və Twitter səhifələri də yaradılmışdır. Bundan əlavə aylıq qəzetin də çıxarılması və toplanan materialların daha geniş kütlələrə çatdırılması nəzərdə tutulur. Layihədə həm Türkiyə, həm də Azərbaycan tərəfdən yüzdən çox şagird iştirak edəcəkdir. Onlar Qarabağ və Ədirnə tarixi irsinin, milli mənəvi dəyərlərinin tanınması üçün araşdırmalar edəcək, aparılan fəaliyyətin təbliği ilə məşğul olacaqlar. Layihənin başlıca məqsədi ölkəsinin mədəni irsinə və tarixinə yaxşı bələd olan vətənpərvər gəncliyin yetişdirilməsi, iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsidir.

Aşağıda qeyd edilmiş layihəyə aid olan sosial şəbəkə ünvanlarının linklərinə daxil olub tanış və dəstək ola bilərsiniz.

padlet.com/karabagedirne/Bookmarks

facebook.com/profile.php?id=100060827810541

instagram.com/karabagedirne/?hl=tr

twitter.com/DanEdirne

https://karabagdanedirneye.wordpress.com/2021/01/03/ana-ekran/

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi