Məktəbin Fəaliyyət Planının 3.12 maddəsinə uyğun olaraq "Mütaliə aylığı" çərçivəsində 6c sinfində Ədəbiyyat fənnindən müzakirə təşkil olundu. Belə ki, C.Cabbarlının həyat və yaradıcılığına həsr edilmiş müzakirədə təhlillər aparmaqla yanaşı şagirdlər ədibin şeirlərini də ifadəli oxudular. Qeyd edək ki, "Mütaliə aylığı"nın şagirdlərin oxu bacarıqlarının yaxşılaşdırılmasında və qiraətçilik qabiliyyətlərinin təkmilləşdirilməsində xüsusi rolu var.