Böyük summativ qiymətləndirmə davam edir

Məktəbin Fəaliyyət Planına uyğun olaraq II yarımil böyük summativ qiymətləndirmənin keçirilməsi işi davam etdi.
BSQ IX siniflərdə rus dili, informatika, təsviri incəsənət və biologiya fənləri üzrə həyata keçirildi.
Qiymətləndirmə məktəb rəhbərliyinin təşkilatçılığı ilə əvvəlcədən təyin edilmiş qrafikə uyğun aparıldı. Böyük summativ qiymətləndirmə standartlara uyğun test formatında şəffaflıq və obyektivlik prinsiplərinə əsasən həyata keçirilərək qiymətləndirmə işi yekunlaşdırıldı