28 May – Respublika Günü məktəbdə qeyd olundu

28 May – Müstəqillik Günü münasibətilə məktəbimizdə tarix müəllimi T. Həsənovanın təşkilatçılığı ilə yaddaqalan tədbir keçirildi. Azərbaycanın ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünə həsr olunmuş bu tədbir şagirdlərdə və müəllim heyətində böyük maraqla qarşılandı.
Tədbirin əsas məqsədi gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq, tariximizi tanıtmaq və müstəqilliyimizin necə böyük bir nemət olduğunu bir daha xatırlatmaq idi. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu haqqında ətraflı məlumatlarla çıxış etdilər. Onlar həmçinin milli qəhrəmanlarımız, o dövrün ziyalıları və dövlət xadimləri haqqında maraqlı təqdimatlar etdilər.