Reproduktiv Sağlamlıq və Erkən Nikah Mövzusunda Maarifləndirici Tədbir

Məktəbimizdə şagirdlərin maariflənməsi məqsədilə “Reproduktiv sağlamlıq və erkən nikah” mövzularında maarifləndirici tədbir təşkil olundu. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Pərvin Quliyeva tərəfindən həyata keçirildi.
Tədbirin əsas məqsədi şagirdlərə sağlam həyat tərzinin əhəmiyyətini aşılamaq, onları erkən nikahın və erkən valideynliyin yaratdığı çətinliklər barədə məlumatlandırmaq idi. Eyni zamanda, reproduktiv sağlamlıq haqqında ətraflı məlumat verilərək, bu sahədə düzgün biliklərin formalaşdırılması istiqamətində dəyərli məlumatlar təqdim olundu.
Tədbirdə məktəbimizin həkimi Sevinc Ələkbərova da iştirak etdi və şagirdlərin sağlamlığı ilə bağlı bir sıra mühüm məqamlara toxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi