Şagird Davranış Qaydaları” Mövzusunda Maarifləndirici Tədbir

Məktəbimizdə şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarına əməl etməsi, etik və məsuliyyətli davranış formalaşdırması məqsədilə “Şagird Davranış Qaydaları” adlı maarifləndirici tədbir keçirildi. Tədbir məktəbin təşkilatçı müavini, psixoloqu və UBTR tərəfindən birgə təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi şagirdlərə məktəbdə və cəmiyyətdə necə davranmalı olduqlarını izah etmək, qaydalara əməl etməyin vacibliyini aşılamaq və sağlam münasibətlər qurma bacarığını inkişaf etdirmək idi.Tədbirin sonunda şagirdlər öz fikirlərini bölüşdü, suallar ünvanladı və aktiv şəkildə iştirak etdilər. Tədbir qarşılıqlı hörmət və məktəb qaydalarına əməl etməyin nə qədər önəmli olduğu mesajı ilə yekunlaşdı.
Bu kimi maarifləndirici tədbirlər şagirdlərdə düzgün davranış mədəniyyətinin formalaşmasına, məktəbdə müsbət və təhlükəsiz mühitin yaradılmasına xidmət edir.