Abdulla Şaiq Murad hekayəsinin müzakirəsi

25 aprel 2025-ci il tarixində məktəbimizin kitabxanasında kitabxana müdiri Qasımova Mənsurənin təşkilatçılığı ədəbiyyatın sevilən nümayəndələrindən biri olan Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş maarifləndirici və tərbiyəvi müzakirə keçirildi.

Müzakirənin əsas məqsədi şagirdlərə klassik ədəbiyyat nümunələrini tanıtmaq, onların mütaliə vərdişlərini inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə əsaslanan ədəbiyyatımızı dərindən öyrətmək idi. Tədbirin əsas müzakirə mövzusu isə Abdulla Şaiqin “Murad” adlı hekayəsi oldu.

Abdulla Şaiqin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Daha sonra şagirdlərlə birgə “Murad” hekayəsi təhlil edildi, onun ideya-bədii məzmunu, əsas obrazları və tərbiyəvi əhəmiyyəti barədə geniş müzakirə aparıldı. Şagirdlər hekayəni fəal şəkildə müzakirə etdilər, öz fikirlərini sərbəst ifadə etdilər və müəllifin vermək istədiyi əsas mesajları təhlil etməyə çalışdılar.

Şagirdlər hekayənin əsas hadisələrini, qəhrəmanların xüsusiyyətlərini və süjet xəttini əks etdirən "hekayə xəritəsi" üzərində də işlədilər. Bu yaradıcı fəaliyyət vasitəsilə onlar hekayənin əsas məqamlarını vizual şəkildə ifadə edərək  düşünmə bacarıqlarını inkişaf etdirdilər.

Sonda Qasımova Mənsurə şagirdlərin fəallığını yüksək qiymətləndirdi, onların ədəbiyyata olan marağını təqdir etdi və bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.

Bu kimi tədbirlər şagirdlərin ədəbi zövqünün formalaşmasına, mütaliəyə olan marağın artırılmasına və milli dəyərlərimizin təbliğinə böyük töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi