"İngilis dili gecəsi"

Bu gün  Bakı şəhər 35  nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" və aprelin 23ü həm də böyük ingilis yazıçısı Uilyam Şekspirin anım günü olduğuna görə onun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan himni ilə başlandı. 6 və 4cü sinif şagirdləri ingilis dilində şeirlər söylədikdən sonra Şekspir obrazının canladırıldığı səhnəcik göstərildi. Ardınca həm dünyagörüşünü təkmilləşdirən, həm də ingilis dilinə aid "Kim qalib olmaq istər?" adlı yarış keçirildi. Daha sonra  2ci siniflər şeir söylədi və maraqlı rəqslə çıxış etdilər. Tədbirin sonunda məktəbin direktoru Rəna Naibova iştirakçılara sertifikatlar təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi