Açıq dərs “Kub və kuboidin səthinin sahəsi”

16.04.2025-ci il tarixində 5a sinfində riyaziyyat müəllimi Məmmədova Nəzakətin “Kub və kuboidin səthinin sahəsi” mövzusunda “Açıq dərs”i keçirildi.Dərs təhsildə keyfiyyətin yüksəldilməsi məqsədi daşıyırdı. Şagirdyönümlü idi. Şagirdlər çox böyūk maraq və həvəslə dərsdə iştirak edir, riyaziyyata yenilik gətirəcək qədər dəyərli olan fikirlər irəli sürürdülər. Şagirdlərin yaradıcılıq təkəyyülünün məhsulu olan həndəsi fiqurlar dərsə rəngarənglik qatdı.