"Milli mənəvi dəyərlərimizi qoruyaq"

Məktəbin xarici dil fənn metobirləşmə rəhbəri Sədaqət Məmmədovanın rəhbərliyi ilə, 3b,6a,8b sinif şagirdlərinin iştirakı ilə "Milli mənəvi dəyərlərimizi qoruyaq" adlı tədbir keçirilib.
 Tədbirə təşkilatçılıq edən məktəbdə təcrübədə olan ADU-nun 403b qrup tələbəsi Aişə Rəsulzadə olub.
Bu tədbirin əsas məqsədi müxtəlif xalqların mədəniyyətini tanıtmaq, tolerantlıq və multikulturalizm dəyərlərini təbliğ etmək idi.Şagirdlər müxtəlif ölkələrin milli geyimlərində səhnəyə çıxaraq çıxışlar etdilər,həm də xarakterik rəqslər nümayiş etdirdilər.Eyni zamanda,tədbir çərçivəsində şagirdlər arasında dörd mərhələdən ibarət intellektual viktorina keçirildi.
Azərbaycanın multikultural cəmiyyət kimi tanınması və bu dəyərlərin şagirdlərə aşılanması baxımından bu tədbir mühüm əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi